Balıkesirin İvrindi rayonunda traktor qoşqusu aşıb.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, qəzada 23 nəfər yaralanıb. Onlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
İvrindi rayonunun Karaçepiş kənd məhəlləsində sürücünün idarəetməni itirməsi nəticəsində traktor qoşqusunu aşırıb.
Məlumat əsasında hadisə yerinə xilasetmə və tibbi yardım qrupları göndərilib.
Tibbi qruplar qoşquda olan 23 nəfərdən 5-nin orta, 18-nin isə yüngül xəsarət aldığını müəyyən ediblər.
Hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra yaralılar təcili yardımla yaxınlıqdakı xəstəxanalara aparılıblar.
QAZİLER.AZ

