Kocaelinin Derince rayonunda dərs zamanı sinif otağının tavanından suvaq düşüb.
Qaziler.az yerli mətbuata istinadən bildirir ki, hadisə nəticəsində üç şagird xəsarət alıb və tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.
Kocaelinin Derince rayonundakı Hikmət Ulubağ Orta Məktəbində şagirdlər dərsdə olarkən hələlik müəyyən edilməmiş səbəbdən sinif otağının tavanı çöküb.
Düşən suvaq nəticəsində üç şagird xəsarət alıb. Məktəb rəhbərliyi hadisə barədə məlumat verdikdən sonra məktəbə tibbi briqadalar göndərilib.
Məktəbdə ilkin müalicə alan şagirdlər daha sonra müalicə üçün Derince Təhsil və Araşdırma Xəstəxanasına aparılıblar.
Yaralanan şagirdlərin həyati təhlükəsi olmadığı bildirilir.
Hadisə ilə bağlı araşdırma başlanıb.
QAZİLER.AZ

