Sabiq prezident ofisiant oldu: Vuçiçdən səs-küy yaradan seçki çarxı - VİDEO

Sabiq prezident ofisiant oldu: Vuçiçdən səs-küy yaradan seçki çarxı - VİDEO backend

Serbiyanın sabiq prezidenti Aleksandar Vuçiç parlament seçkiləri öncəsi maraqlı təşviqat çarxı təqdim edib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, hakim Serbiya Tərəqqi Partiyası (SNS) tərəfindən baş nazir vəzifəsinə namizəd göstərilən Vuçiç rəsmi "Instagram" səhifəsində yeni videoçarx paylaşıb.

Videoda ofisiant rolunu canlandıran Vuçiç restoranda əyləşən bir ailənin sifarişlərini qəbul edir. Masa arxasındakı ailə üzvləri ondan Rusiyaya qarşı sanksiyaların tətbiq edilməməsini, Kosovonun qorunmasını, maaş və təqaüdlərin artırılmasını, həmçinin Avropa İttifaqı və NATO-ya üzvlüyü "sifariş" edirlər. Sonda bütün bu istəkləri qeyd edən Vuçiç müştərilərdən birinə "Bizdə NATO yoxdur" cavabını verir.

Xatırladaq ki, Aleksandar Vuçiç sentyabrın 9-da parlamenti buraxaraq erkən ümumi seçkiləri oktyabrın 25-nə təyin edib.

Sentyabrın 15-də isə Mərkəzi Seçki Komissiyası "Tələbə siyahısı – tələbələr qalib gəlir" hərəkatını seçkilərdə qeydiyyata alıb və bəzi partiyalar bu hərəkata dəstək məqsədilə öz namizədliyini geri götürüb.

QAZİLER.AZ