Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının bu gün səhər saatlarında Kiyevdəki Elmlər Akademiyasının binasına endirdiyi zərbənin fəsadlarını əks etdirən görüntüləri paylaşıb.
Qaziler.az yerli mətbuata istinadən bildirir ki, Ukrayna Prezidentinin sözlərinə görə, hücumdan sonra binada güclü yanğın başlayıb və hazırda ərazidə xilasetmə əməliyyatı davam edir.
Fövqəladə hallar xidmətinin əməkdaşları yanğını söndürür və binanın daxilini yoxlayırlar, çünki içəridə insanların qala biləcəyi ehtimal olunur.
"Rusiya bu əməlinə görə mütləq cavab verəcək. Ukraynanın hər bir tərəfdaşı bu terroru və bu cür zərbələri görərək anlamalıdır ki, Ukraynaya dəstək — real insan həyatına dəstəkdir. Bu, terrorun heç vaxt və heç yerdə normallaşdırılmamalı olduğunun göstəricisidir", — deyə Zelenski vurğulayıb.
“Rusiya buna mütləq cavab verəcək. Ukraynanın hər bir tərəfdaşı bu terrordan, bu hücumlardan Ukraynaya dəstəyin həqiqətən insanların həyatına dəstək, terrorun heç vaxt, heç yerdə normallaşdırılmaması faktına dəstək demək olduğunu görməlidir”, - deyə Zelenski vurğulayıb.
QAZİLER.AZ

