Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk parlamentin fəaliyyətinin Kiyevdən Lvova köçürülməsi barədə yayılan məlumatları təkzib edib.
Qaziler.az-ın "RBC-Ukrayna"ya istinadən məlumatına görə, spiker parlamentin Qruşevski küçəsi 5 ünvanındakı binasında fəaliyyətini davam etdirəcəyini bəyan edib.
Bu gün, 28 sentyabrda jurnalistlərə açıqlama verən Stefançuk şayiələrə son qoymağa çağırıb:
Parlament sədri bildirib ki, Ali Radanın işini Lvova köçürmək planı yoxdur. Stefançuk yalan məlumatların yayılmasının qarşısını almağa çağırıb.
"Ukrayna parlamenti müharibənin ilk günündən işləyir və mümkün qədər Qruşevski küçəsi 5 ünvanında yerləşən binada işləməyə davam edəcək. ", Stefançuk jurnalistlərə bildirib.
QAZİLER.AZ

