Astanadan Kiyevə çağırış: "Gəmilərimizə PUA hücumlarını dayandırın"

Astanadan Kiyevə çağırış: "Gəmilərimizə PUA hücumlarını dayandırın" backend

Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi Ukraynanı Qara dənizdə ölkəsinə məxsus gəmilərə hücumları dayandırmağa çağırıb.

Qaziler.az bildirir ki, Ulysmedia.kz saytının məlumatına görə, nazir bu barədə Nyu-Yorkda, BMT Baş Assambleyası çərçivəsində ukraynalı həmkarı Andriy Sibiqa ilə keçirdiyi ikitərəfli görüşdə bəyan edib.

Görüş zamanı tərəflər davam edən münaqişə fonunda ikitərəfli əlaqələri müzakirə ediblər. Tleuberdi xüsusilə Ukrayna tərəfindən Qazaxıstan gəmilərinə qarşı pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirilən hücumların gələcəkdə təkrarlanmamasının vacibliyini vurğulayıb.

Qazaxıstanlı nazir həmçinin rusiyalı həmkarı Sergey Lavrovla da görüşdüyünü və müharibənin tezliklə başa çatması üçün Moskvanı Kiyevlə danışıqlar aparmağa çağırdığını bildirib. O, hər iki tərəf razılaşacağı təqdirdə sülh danışıqlarının Qazaxıstanda keçirilməsinə etiraz etmədiyini əlavə edib.

QAZİLER.AZ