İrkutsk vilayətindən olan rusiyalı riyaziyyat müəllimi böyük uduşla bağlı yuxu görüb və lotereyada 10 milyon rubl qazanıb.
Qaziler.az bildirir ki, bu barədə RİA Novosti ümumrusiya dövlət lotereyalarının operatoru olan Milli Lotereyanın mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Natalya əvvəllər lotereyalarda iştirak edib və hətta böyük məbləğdə - 100.000 rubl qazanıb. Bu dəfə bileti üçün seçdiyi rəqəmlər tirajdan bir gün əvvəl ağlına gəlib. O, qazandığı pulu mənzil almağa xərcləməyi planlaşdırır.
QAZİLER.AZ

