Türkiyədən Qazaxıstana başsağlığı: "Acınız acımızdır"

Türkiyədən Qazaxıstana başsağlığı: "Acınız acımızdır" backend

Türkiyə Xəzər dənizində keçirilən hərbi təlimlər zamanı qazaxıstanlı hərbçilərin faciəvi şəkildə həlak olması ilə əlaqədar Qazaxıstana başsağlığı verib.

Qaziler.az-ın "Kazinform"a istinadən məlumatına görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və türk dövlətləri ilə əlaqələr üzrə məsul şəxsi Kürşad Zorlu Qazaxıstanın kədərini qardaş türk xalqının ortaq acısı adlandırıb. 

O, Qazaxıstanda elan olunmuş Ümummilli Matəm Günü ilə əlaqədar həlak olanların ailələrinə, silahdaşlarına və bütün qazax xalqına  başsağlığı diləyib.

Həmçinin qeyd edilib ki, Türkiyə və Qazaxıstan çətin anlarda bir-birini dəstəkləməyə və həmrəyliyini qorumağa davam edəcəklər.

Qeyd edək ki, Xəzər dənizinin Aktau sahillərində qəfil pisləşən hava şəraiti səbəbindən hərbi dəniz qüvvələrinin təlimi zamanı bədbəxt hadisə baş verib və nəticədə 14 qazaxıstanlı hərbçi həlak olub.

 

QAZİLER.AZ