Türkiyənin İzmir şəhərinin Torbalı rayonunda park edilmiş elektrikli avtomobil alovlanıb. Yanğın lokallaşdırılıb və yanğınsöndürmə briqadaları tərəfindən söndürülüb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İzmirin Torbalı rayonunda park edilmiş elektrikli avtomobil naməlum səbəbdən qəfildən alovlanıb.
Alov tez bir zamanda yayılıb. Yanğın zamanı avtomobildə baş verən partlayışlar ətrafda çaxnaşmaya səbəb olub.
Xəbərdən sonra hadisə yerinə yanğınsöndürmə briqadaları gəlib və yanğını nəzarət altına alıblar.
Hadisə ilə bağlı araşdırma başlanıb.
QAZİLER.AZ

