Qazaxıstanda "Әділет" partiyası Manqistau bölgəsində təlimlər zamanı həlak olan və yaralanan hərbçilərin ailələrinə dəstək olmaq üçün 1,5 milyard tenge ayrılacaq.
Qaziler.az-ın məlumatına görə, "Kazinform" partiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, vəsait "Ұлттық рух" fonduna köçürüləcək.
Partiyadan verilən məlumata görə, bütün ianələr könüllüdür və ianə toplama işində iştirak edənlərin şəxsi təşəbbüsü əsasında edilir.
Hazırda ianə toplama işləri davam edir.
Xatırladaq ki, faciə 24 sentyabrda Xəzər dənizi sahillərində döyüş təlimi zamanı baş verib. Hava şəraitinin kəskin pisləşməsi və küləyin güclənməsi səbəbindən hərbçilər dənizdə qalıblar.
Qazaxıstanın 14 hərbçisi həlak olub.
QAZİLER.AZ

