Ukrayna Qara dənizdə güzgülü atəşkəs təklif etdi — Yekun qərar Rusiyadan asılıdır

Ukrayna Qara dənizdə güzgülü atəşkəs təklif etdi — Yekun qərar Rusiyadan asılıdır backend

Ukrayna Qara dənizdə atəşkəsin güzgülü (qarşılıqlı) şəkildə dayandırılmasını təklif edib.

Qaziler.az bildirir ki, "RBC-Ukrayna"nın məlumatına görə, bu barədə Prezident Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib.

Dövlət başçısı Misir, Hindistan, Türkiyə rəhbərliyi və Yaxın Şərq ölkələrinin nümayəndələri ilə fərdi danışıqlar apardıqlarını qeyd edib.

Paralel olaraq Ukrayna Xarici İşlər Nazirliyi də həmkarları ilə məsləhətləşmələr keçirib.

Zelenski vurğulayıb ki, tərəfdaşlar Qara dənizin blokadadan çıxarılması və ilk növbədə aqrar-sənaye kompleksi məhsullarının müvafiq ölkələrə maneəsiz çatdırılması üçün irəli sürülən bu təşəbbüsü müsbət qarşılayıblar. Lakin yekun qərarın verilməsi tərəfdaşların Rusiya ilə aparacağı danışıqlardan asılıdır.

QAZİLER.AZ