"Ukrayna Silahlı Qüvvələrinin Omsk vilayətindən Ukraynadakı döyüş zonasına gedən Rusiya hərbçiləri üçün humanitar yardım aparan karvana hücumu nəticəsində üç nəfər həlak olub".
Qaziler.az bildirir ki, bu barədə 25 sentyabrda bölgənin qubernatoru Vitali Xotsenko məlumat verib.
"Ukrayna Silahlı Qüvvələrinin Omsk vilayətindən "xüsusi əməliyyat zonası"na gedən humanitar karvana hücumu nəticəsində Taranın üç sakini həlak olub. Bir nəfər yaralanıb və bütün lazımi yardımı alır", - Xosenko Telegram-da yazıb.
Qubernator qurbanların ailələrinə başsağlığı verib və rayon rəhbəri Yevgeni Lısakova və onun müavini İrina Varnavskayaya onların ailələrinə lazımi yardımı göstərməyi tapşırdığını bildirib.
QAZİLER.AZ

