İran Prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə silahı yaratmağa çalışmadığını və ABŞ-la noyabrda keçiriləcək aralıq seçkilərədək razılaşma əldə etməyə hazır olduğunu bildirib.
APA xəbər verir ki, Pezeşkian bunu “Fox News”a müsahibəsində deyib.
“İran heç vaxt nüvə silahı hazırlamağa çalışmayıb və bunu qətiyyən istəmir. Biz Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə əməl etməyə hazırıq. Dedik ki, zənginləşdirmə səviyyəsini azaltmağa hazırıq. Bu, problem deyil. Biz yoxlamalara icazə verməyə hazırıq”, – İran Prezidenti bildirib.
Pezeşkian qeyd edib ki, əsas problem ABŞ-ın dialoq əvəzinə hərbi qarşıdurmaya üstünlük verməsidir.
“Problem ondadır ki, Amerika dialoq əvəzinə dərhal döyüşə başlayır: əvvəlcə bizi bombalayır, bütün yolları bağlayır”, – o vurğulayıb.

