Batumidə jurnalistin mopedi oğurlandı

Batumidə jurnalistin mopedi oğurlandı backend

Gürcüstanın Batumi şəhərində yaşayış binasının həyətindən TV12 jurnalistinin mopedi oğurlanıb.

Qaziler.az yerli mətbuata istinadən bildirir ki, jurnalistin sözlərinə görə, nəqliyyat vasitəsi binanın yaxınlığında park edilib və oğurluq dünən baş verib.

Jurnalist hüquq-mühafizə orqanlarından təcili reaksiya, sürətli araşdırma və şübhəli cinayətkarların müəyyən edilməsini tələb edir.

O, həmçinin məsul şəxslərin qanuna uyğun olaraq məsuliyyətə cəlb olunmasında israr edir.

QAZİLER.AZ