Antalyada tur mikroavtobusu və iki avtomobil toqquşdu: 16 yaralı

Antalyada tur mikroavtobusu və iki avtomobil toqquşdu: 16 yaralı backend

Antalya şəhərinin Manavqat rayonunda tur mikroavtobusu və iki avtomobilin iştirakı ilə baş verən qəzada 14-ü turist olmaqla 16 nəfər yaralanıb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, magistral yolda, Çolaklı Turizm Yolu yaxınlığında, Seykan K.-nın idarə etdiyi avtomobil başqa bir avtomobil və turist mikroavtobusu ilə toqquşub.

Məlumatdan sonra hadisə yerinə 112 Təcili Tibbi Yardım Xidməti, jandarma, polis və yanğınsöndürmə qrupları göndərilib.

Qəzaya düşən 14 turist və nəqliyyat vasitələrinin sürücüləri yaralanaraq təcili yardımla rayondakı xəstəxanalara aparılıblar.

QAZİLER.AZ