İran qonşu ölkələri hədələdi: “Uçuşlarımızı dayandırsanız...”

İran qonşu ölkələri hədələdi: “Uçuşlarımızı dayandırsanız...” backend

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi sentyabrın 23-də qonşu ölkələri hədələyib. O bildirib ki, əgər onlar ABŞ sanksiyaları çərçivəsində İran təyyarələrini qəbul etməyi dayandırsalar, həmin ölkələrin hava limanlarının fəaliyyəti pozulacaq.

Qaziler.az xəbər verir ki, o, bu barədə dövlət telekanalı IRINN-ə müsahibəsində bəyan edib.

"Əgər siz Birləşmiş Ştatların tərəfini tutsanız, biz sadəcə seyrçi qalmayacağıq. Əgər qonşu ölkələr İran reyslərinə mane olmaq üçün ABŞ-yə qoşulsalar, onların öz aeroportlarında da uçuşlar olmayacaq", — deyə Rezayi bildirib.

O, Tehranın konkret olaraq hansı tədbirləri görmək niyyətində olduğunu və bu xəbərdarlığın hansı dövlətlərə aid edildiyini dəqiqləşdirməyib.

QAZİLER.AZ