Sentyabrın 24-də müəyyən edilməmiş şəraitdə baş verən partlayış nəticəsində müqaviləli hərbi qulluqçu D.K. həlak olub.
Qaziler.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
“Hadisənin təfərrüatlarının müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır. Müdafiə Nazirliyi hərbi qulluqçunun ailə üzvlərinə, doğmalarına və xidmət yoldaşlarına başsağlığı verir və dəstəyini ifadə edir”, — deyə məlumatda bildirilib.
“NEWS.am” saytının daha əvvəl yaydığı məlumata görə, Sisian şəhərində hərbçi qumbara partladaraq intihar edib.
QAZİLER.AZ

