Gürcüstanda 85 yaşlı qadın öldürülüb, evi yandırılıb

Gürcüstanda 85 yaşlı qadın öldürülüb, evi yandırılıb backend

Gürcüstanda, Kvareli bələdiyyəsində 85 yaşlı qadın qətlə yetirilib.

Hadisə Almatı kəndində baş verib.

Yerli sakinlərin sözlərinə görə, yaşlı qadın kənddən uzaqda, dərənin yaxınlığında tək yaşayırmış.

İddialara görə, hücum edən şəxs gecə saatlarında evə girib və pul tələb edib.

Bir fərziyyəyə görə, hücum edən şəxs pulu tapa bilməyib, daha sonra qadını öldürüb və evi yandırıb.

Gürcüstan Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) ilə istintaq başlayıb.

Qeyri-rəsmi olaraq, qadının təcavüzə uğradığı barədə də şayiə yayılıb, lakin mövcud məlumata görə, bu, ilkin müayinə ilə təsdiqlənməyib.

QAZİLER.AZ