Polşanın Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı bu gün, 23 sentyabrda Rusiyaya məxsus "Mi-8" hərbi helikopterinin ölkənin hava məkanını pozduğunu açıqlayıb.
Qaziler.az bildirir ki, "RBC-Ukrayna"nın məlumatına görə, hadisə yerli vaxtla saat 11:08-də, Branevo şəhərindən şimalda qeydə alınıb. Kalininqrad vilayəti istiqamətindən gələn helikopter Polşa sərhədini təxminən 300 metr daxilə doğru keçib və hava məkanında 42 saniyə qalıb.
Rusiya hərbi helikopterinin hərəkəti ilk andan etibarən Polşanın radiolokasiya sistemləri tərəfindən nəzarətə götürülüb və izlənilib.
QAZİLER.AZ

