Yekaterinburq–Moskva reysinin sərxəş sərnişini digər sərnişinləri təhqir edərək avtobusun hərəkətini ləngidib.
Qaziler.az bildirir ki, "TourDom" portalının məlumatına görə, hadisə Moskvanın Şeremetyevo hava limanında qeydə alınıb. Təyyarədən enən sərxəş qadın sərnişinləri daşıyan şattl-avtobusa gecikərək hamını gözlədib. Avtobusa mindikdən sonra isə ucadan qışqıraraq ətrafdakıların ünvanına söyüşlər söyməyə başlayıb.
Hadisə şahidləri qadının digər sərnişinlərlə mübahisə anını videoya çəkiblər. Hadisəyə polisin müdaxilə edib-etmədiyi və intizamsız sərnişinin məsuliyyətə cəlb olunub-olunmadığı barədə hələlik rəsmi məlumat verilməyib.
QAZİLER.AZ

