Ərdoğanın yanında: Süni intellektlə hazırladığı paylaşımlara görə saxlanıldı - FOTO

Ərdoğanın yanında: Süni intellektlə hazırladığı paylaşımlara görə saxlanıldı - FOTO backend

Süni intellektlə Ərdoğanla saxta fotosunu hazırlayan şəxs Ankarada saxlanılıb.

Türkiyənin Cumhuriyet qəzetinin 23 sentyabr məlumatına görə, Ankara Prokurorluğu tərəfindən idarə olunan istintaq çərçivəsində 53 yaşlı Mehmet Ç. gözaltına alınıb. Şübhəli şəxs süni intellekt vasitəsilə Prezident Recep Tayyip Erdoğan və Ədliyyə Naziri Akın Gürlek ilə birgə saxta fotolarını hazırlayıb. 

O, dövlət rəsmiləri ilə yaxın əlaqələrinin olduğu təəssüratını yaratmaq üçün bu şəkilləri WhatsApp statuslarında paylaşıb. Keçiören rayonunda yaxalanan Mehmet Ç.-yə qarşı "nüfuz ticarəti" və "yalan məlumat yayma" maddələri ilə ittiham irəli sürülüb.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxsin əvvəllər daha 4 fərqli cinayət qeydi olub. Faktla bağlı istintaq davam edir.

QAZİLER.AZ