Ermənistan və Rusiya münasibətlərində dərin transformasiyaya ehtiyac var, lakin bu, əlaqələrin tamamilə qırılmasına səbəb olmamalıdır.
Qaziler.az gazeta.ru-ya istinadən bildirir ki, bu barədə Ermənistan parlamentinin Xarici əlaqələr daimi komissiyasının sədri Sarkis Xandanyan "APRI Forum 2026" tədbirində bəyan edib. Deputatın sözlərinə görə, Rusiya artıq Ermənistanın təhlükəsizliyinin qarantı rolunda çıxış edə bilmir. Bununla belə, o, İrəvan və Moskva arasındakı problemlərin danışıqlar yolu ilə həll olunacağına əminliyini bildirib.
Digər tərəfdən, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyana göndərdiyi Müstəqillik Günü təbrikində ikitərəfli əlaqələrin vacibliyini vurğulayıb. Rusiya tərəfi XİN-lər arası aktiv dialoqun hər iki xalqın maraqlarına cavab verdiyini qeyd edib.
QAZİLER.AZ

