Axşam saatlarında Ankarada başlayan şimşək və güclü yağış nəqliyyatın hərəkətinə mənfi təsir göstərib və bəzi küçə və yollarda subasmaya səbəb olub.
Qaziler.az TRT-Haber-ə istinadən xəbər verir ki, güclü yağış şəhərin küçə və bulvarlarında tıxaclara səbəb olub.
Yağışla mübarizə aparan vətəndaşlar avtobus dayanacaqlarında və qapalı ərazilərdə sığınacaq axtarıblar. Bəzi küçə və yollarda su yığılıb.
Yağışın fasilələrlə davam edəcəyi gözlənilir.
QAZİLER.AZ

