Zelenski Rusiya ilə enerji barışığının şərtlərini açıqladı

Zelenski Rusiya ilə enerji barışığının şərtlərini açıqladı backend

Ukrayna Rusiya ilə energetika sahəsində atəşkəsə (enerji barışığına) hazırdır.

Kiyev, Moskva Ukraynanın enerji infrastrukturuna hücum etməyəcəyi təqdirdə, düşmənin analoji obyektlərinə zərbələr endirməkdən çəkinəcək.

Qaziler.az bildirir ki, bu barədə "RBC-Ukraine" məlumat yayıb.

Qeyd olunur ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu bəyanatı amerikalı həmkarı Donald Tramp ilə görüşünün yekunlarına dair jurnalistlərlə söhbəti zamanı səsləndirib.

"Biz enerji barışığı haqqında danışdıq, lakin mən təfərrüatlara varmaq istəmirəm", — deyə dövlət başçısı bildirib.

Prezidentin sözlərinə görə, rəsmi Vaşinqton Ukraynanın enerji atəşkəsi ilə bağlı təklifini Rusiyaya çatdıracaq.

"Əgər biz energetikaya hücum etmiriksə, deməli, bu, bütövlükdə bütün energetika infrastrukturuna aid edilməlidir — bizim təklifimiz budur. Lakin Rusiyanın bu məsələ ilə bağlı mövqeyini bilmirəm", — deyə Zelenski əlavə edib.

Zelenski xüsusi olaraq vurğulayıb ki, Ukrayna yalnız Rusiya qarşılıqlı addım atacağı təqdirdə zərbələri dayandıracaq və bu gün keçirilən görüşdə Ukraynanın birtərəfli qaydada hücumları dayandırmalı olduğuna dair heç bir tələb səsləndirilməyib.

QAZİLER.AZ