"Ananızı öldürdüm, gəlin məni polisə təslim edin" - 78 yaşlı kişinin tükürpədən zəngi

"Ananızı öldürdüm, gəlin məni polisə təslim edin" - 78 yaşlı kişinin tükürpədən zəngi backend

Türkiyənin Tekirdağ bölgəsində 78 yaşlı şəxs mübahisə etdiyi həyat yoldaşı Fadime Ünlünü bıçaqla qətlə yetirib.

Qaziler.az yerli mətbuata istinadən bildirir ki, dəhşətli hadisədən sonra sabaha qədər meyitin başında gözləyən yaşlı kişinin oğluna zəng edərək "Ananızı öldürdüm, gəlin məni polisə təslim edin" dediyi məlum olub.


Hadisə Tekirdağın Kapaklı rayonunun Cümhuriyyət məhəlləsində yerləşən mənzillərdən birində baş verib. Eyni evdə yaşayan 78 yaşlı M.Ü. ilə həmyaşıdı olan həyat yoldaşı Fadime Ünlü arasında gecə saatlarında naməlum səbəbdən mübahisə düşüb. Mübahisənin böyüməsi nəticəsində M.Ü. yoldaşına satırla hücum edib.

Qarın nahiyəsindən ağır xəsarətlər alan yaşlı qadın hadisə yerindəcə dünyasını dəyişib. İddiaya görə, cinayəti törədən şəxs sabaha qədər həyat yoldaşının cansız bədəninin yanında gözləyib. Səhər saatlarında isə oğluna zəng edərək: "Ananızı öldürdüm. Evə gəlin, məni polisə təslim edin. Ananızı da dəfn edin", — deyə bildirib.

QAZİLER.AZ