Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Türkmənistana işgüzar səfər edəcək.
Bu barədə Ermənistanın Aşqabaddakı səfiri Arsen Avaqyan ölkəsinin müstəqilliyinin 35-liyi münasibətilə təşkil olunmuş qəbulda məlumat verib. Məlumatı "Turkmenportal" nəşri yayıb.
Diplomatın sözlərinə görə, Paşinyanın bu səfəri iki ölkə arasında siyasi dialoqun davam etdirilməsi və praktiki əməkdaşlığın inkişafı üçün əlavə imkanlar yaradacaq.
Eyni zamanda, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun da İrəvana cavab səfəri gözlənilir. Bu səfərin Ermənistanda keçiriləcək BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının tərəflərinin 17-ci Konfransı (COP17) çərçivəsində baş tuta biləcəyi qeyd olunub.
QAZİLER.AZ

