Avropa İttifaqı (Aİ) ölkələri ilk dəfə olaraq Rusiyaya qarşı fərdi sanksiyaların müddətini rekord müddətə — üç il rəsmən uzadıblar.
Qaziler.az-ın məlumatına görə, "Reuters" agentliyi diplomatik mənbələrə istinadən xəbər verir ki, bununla yanaşı, ittifaq rusiyalı milyarderlər Alişer Usmanov və Mixail Fridman üzərindən məhdudiyyətləri götürüb.
Buna qədər Avropa İttifaqı Moskvaya qarşı məhdudiyyətlərin qüvvədə olma müddətini hər altı aydan bir yeniləyirdi. Bu dəfə isə siyasi blok daxilində müzakirələr Fransanın qəfil olaraq Usmanovun üzərindən sanksiyaların götürülməsini tələb etməsi səbəbindən daha gərgin keçib. Bu addımın ardınca Lüksemburq da bənzər tələblə çıxış edərək Fridmana tətbiq edilən məhdudiyyətlərin ləğvini istəyib.
Qərarın qəbul edilməsi üçün Aİ-yə üzv olan bütün dövlətlərin yekdil razılığı tələb olunurdu. Lakin Latviya, sözügedən iki rusiyalı sahibkar siyahıdan çıxarılacağı təqdirdə sanksiyaların uzadılmasını dəstəkləməkdən imtina edib. Bu barədə ölkənin Baş naziri Andris Kulberqs açıq şəkildə bəyanat verib.
QAZİLER.AZ

