Rusiya ilə Ermənistan, xüsusilə də hər iki ölkənin xarici işlər nazirlikləri arasındakı qarşılıqlı əlaqə həm Rusiya, həm də Ermənistan xalqlarının maraqlarına tam cavab verir.
Qaziler.az bildirir ki, Rusiya XİN-in rəsmi saytında MFA Russia yer alan məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyana ünvanladığı təbrik məktubunda bildirib.
“Eminəm ki, Rusiya və Ermənistan xarici siyasət idarələri arasında aktiv dialoqun qorunub saxlanılması da daxil olmaqla, hərtərəfli əməkdaşlığın davam etdirilməsi ölkələrimizin xalqlarının qarşılıqlı maraqlarına xidmət edir”, — deyə nazirin müraciətində vurğulanır.
S. Lavrov bu fikirlərlə A. Mirzoyanı Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik edib. Rusiyalı nazir göndərdiyi teleqramda erməni həmkarlarına möhkəm cansağlığı, rifah və peşəkar uğurlar arzulayıb.
QAZİLER.AZ

