Rusiya qoşunları Ukraynanın Jitomir vilayətində yerləşən yanacaqdoldurma məntəqələrinə (YDM) hücum edib.
Qaziler.az RBKJitomir Vilayət Hərbi Administrasiyasının rəhbəri Vitali Buneçkonun verdiyi məlumata görə, zərbələr M-06 magistral yolu yaxınlığındakı Zvyagel ətrafına düşüb.
Yenilənən son məlumata əsasən, gün ərzində vilayətin Zvyagel rayonunda artıq ikinci yanacaqdoldurma kompleksi hücuma məruz qalıb. Bu dəfə tanınmış "WOG" şəbəkəsinə məxsus YDM-in zədələndiyi bildirilir.
Hadisə nəticəsində ölən və ya yaralananlar barədə hələlik rəsmi məlumat daxil olmayıb.
Hazırda xüsusi xidmət orqanları hadisə yerində yanğının lokallaşdırılması və magistral yolda hərəkətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində iş aparır. Səlahiyyətli şəxslər vətəndaşları hava həyəcanı siqnallarına ciddi yanaşmağa və avtomobilləri YDM ərazilərində saxlamamağa çağırıb.
QAZİLER.AZ

