Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
Qaziler.az bildirir ki, “Pul Pervovo” “Telegram” kanalının məlumatına görə, Belarus lideri suverenliyin əldə olunmasının 35 illiyini ermənilərin azad inkişaf və öz zəngin mədəniyyətlərini qorumaq canatmasının rəmzi adlandırıb.
A. Lukaşenko iki ölkəni birləşdirən ortaq tarixi keçmişə və xalqlar arasındakı qarşılıqlı rəğbətə diqqət çəkib. O, bu amillərin tərəflər arasında açıq və konstruktiv tərəfdaşlıq üçün möhkəm təməl olduğunu vurğulayıb.
Qeyd edək ki, Ermənistanda Müstəqillik Günü sentyabrın 21-də qeyd olunur. Ölkə 1991-ci ilin məhz bu günündə Sovet İttifaqından ayrılaraq öz suverenliyini elan edib.
QAZİLER.AZ

