Türkiyədə qandonduran hadisə: 86 yaşlı ərini döyərək öldürdü

Türkiyədə qandonduran hadisə: 86 yaşlı ərini döyərək öldürdü backend

Türkiyənin Ədirnə şəhərində evində ölü tapılan 86 yaşlı kişinin ekspertizası zamanı onun zorakılıq əlamətləri ilə qətlə yetirildiyi məlum olub.

Qaziler.az bildirir ki, Türkiyə mediasının məlumatına görə, hadisədən sonra ifadələrində ziddiyyətlər və şübhəli davranışlar nümayiş etdirən kişinin 66 yaşlı həyat yoldaşı polisin texniki təqibinə alınıb. O, Yunanıstana qaçmağa cəhd edərkən İpsala sərhəd-keçid məntəqəsində yaxalanıb. Saxlanılan qadına qarşı "həyat yoldaşını qəsdən öldürmə" maddəsi ilə ittiham irəli sürülüb.

Hadisə Ədirnənin Keşan rayonunun Aşağı Zaferiye məhəlləsində baş verib. Avqustun 21-də M.E.K. adlı yaşlı kişi evinin yataq otağında ölü vəziyyətdə tapılıb. Şübhəli ölüm faktı ilə bağlı polis qrupları tərəfindən dərhal araşdırmalara başlanılıb.

Mərhumun meyitinin otopsiyası zamanı bədənində döyülmə və xəsarət izləri aşkarlanıb.

Həyat yoldaşı M.K.-nın ifadələrindəki ziddiyyətlər müəyyən edildikdən sonra "həyat yoldaşını qəsdən öldürmə" cinayəti çərçivəsində istintaq davam etdirilib.

QAZİLER.AZ