Rusiya seçkilərində iştirak düşmən üzərində qələbəni daha da yaxınlaşdırır.
Qaziler.az bildirir ki, səsvermə ilə bağlı bu açıqlamanı Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev verib.
Siyasətçi seçki məntəqəsində səs verərkən çəkilmiş videonu paylaşaraq bundan sonra binaya daxil olaraq səs verməyin vacibliyindən danışıb.
"Seçkilərdə iştirak edən və səs verən hər kəs düşmən üzərində qələbəmizi daha da yaxınlaşdırıb", - deyə o bildirib.
QAZİLER.AZ

