İstanbulda tanınmış şəxslərə qarşı narkotik əməliyyatı: Aktyorlar və futbolçu saxlanıldı

İstanbulda tanınmış şəxslərə qarşı narkotik əməliyyatı: Aktyorlar və futbolçu saxlanıldı backend

İstanbulun Bakırköy rayonunda narkotik vasitələrdən istifadə ilə bağlı araşdırma çərçivəsində 18 şübhəli barədə saxlanılma qərarı verilib.

Qaziler.az bildirir ki, Bakırköy Baş Prokurorluğunun məlumatına görə, istintaq zamanı bəzi aktyor, müğənni, iş adamı, sahibkar və sosial media fenomenlərinin narkotik və psixotrop maddələrdən istifadə etdiyinə, həmçinin maddə istifadəsi üçün məkan təmin etdiyinə dair konkret sübutlar əldə edilib.

Qərar əsasında İstanbul İl Jandarma Komandanlığı tərəfindən şübhəlilərin ev və iş yerlərində axtarış aparılması və bioloji nümunələrin götürülməsi nəzərdə tutulub.

Saxlanılma qərarı verilən şəxslər arasında aktyor Aras Bulut İynemli, müğənni Sefo (Seyfullah Sağır), aktrisalar Melis Sezen, Nilperi Şahinkaya, Melis İşiten, Hazal Filiz Küçükköse, eləcə də futbolçu Hasan Şaş və digər tanınmış şəxslərin olduğu bildirilir.

QAZİLER.AZ