Bryansk vilayətinin Starodubski bələdiyyəsinin rəhbəri Aleksandr Podolnı Melensk kəndinə dron hücumu zamanı qəlpə yaraları alıb.
Qaziler.az gazeta.ru-ya istinadən bildirir ki, bu barədə bölgənin qubernatoru vəzifəsini icra edən Yeqor Kovalçukun deyib.
Onun sözlərinə görə, əvvəlcə təyyarə tipli PUA kəndə hücum edib və nəticədə kənd təsərrüfatı müəssisəsinin üç işçisi yaralanıb. Hamısı xəstəxanaya aparılıb.
Podolnı hücumun nəticələrini aradan qaldırmaq və yaralıları təxliyə etmək üçün hadisə yerinə gəlib. Həmin anda Ukrayna Silahlı Qüvvələri Melenskə ikinci zərbə endirib və nəticədə rayon rəhbəri qəlpə yaraları alıb.
Kovalçuk əlavə edib ki, PUA hücumu taxıl anbarına ziyan vurub.
QAZİLER.AZ

