Kırıkkale-Ankara avtomobil yolunda kranda daşınan elektrik işıqlandırma dirəkləri hərəkətdə olan yük maşınının kabinəsinə ilişərək yol kənarında dayanan Tofaş markalı avtomobilin üzərinə düşüb. Xoşbəxtlikdən qəzada heç kim xəsarət almayıb, lakin avtomobil tamamilə yararsız hala düşüb.
Qaziler.az yerli mətbuata istinadən bildirir ki, qəza Kırıkkale-Ankara avtomobil yolunun 15-ci kilometrliyində baş verib.
Məlumata görə, A.G. tərəfindən idarə olunan nəqliyyat vasitəsi başqa bir küçəyə dönməyə çalışıb.
Həmin anda nəqliyyat vasitəsi ilə daşınan elektrik işıqlandırma dirəkləri eyni istiqamətdə hərəkət edən C.M. tərəfindən idarə olunan yük maşınının kabinəsinə ilişib.
Daha sonra dirəklər küçədən əsas yola çıxmaq üçün gözləyən "Tofaş" markalı avtomobilin üzərinə düşüb. Qəza nəticəsində heç kim xəsarət almayıb, lakin hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
QAZİLER.AZ

