Ukraynada “Şahed” tipli reaktiv pilotsuz uçuş aparatlarının qarşısını almaq üçün yeni vasitələr uğurla sınaqdan keçirilib. Ölkə həmçinin cəbhənin əsas istiqamətlərində hərbi mövqelərin gücləndirilməsinə hazırlaşır.
Qaziler.az bildirir ki, Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. Məlumatı “RBK-Ukrayna” onun “Telegram” kanalına istinadən yayıb.
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Mixail Drapatının məruzəsi zamanı Ukrayna istehsalı olan yeni vasitələrin tətbiqinin daha bir müsbət nəticə verdiyi qeyd olunub.
“Vacib olan odur ki, reaktiv ‘Şahed’lərə qarşı hazırlanmış ələkeçirici vasitələrin sınaqlarında daha bir müsbət nəticə əldə edilib: vuruldular”, – deyə prezident bildirib.
Zelenski hazırlayan mütəxəssislərə və ukraynalı hərbçilərə təşəkkür edib. O, bu cür vasitələrin istehsalının genişləndiriləcəyini də vurğulayıb.
Dövlət başçısının sözlərinə görə, Ukrayna Rusiya təhdidlərinə qarşı cavab imkanlarını addım-addım formalaşdırır, rəqibə təzyiq göstərmək üçün öz vasitələrini yaradır və yeni aktiv, uzaqmənzilli əməliyyatlara hazırlaşır.
QAZİLER.AZ

