Türkiyədə itkin düşən 11 aylıq körpənin valideynləri həbs edilib

Türkiyədə itkin düşən 11 aylıq körpənin valideynləri həbs edilib backend

Türkiyənin Sivas şəhərinin Divriği rayonunda 5 gündür axtarılan körpə Büşranın istintaqı zamanı qətldə günahlandırılan ata və ana həbs edilib.

Qaziler.az "Haber Global"a istinadən xəbər verir ki, körpənin meyitini tapmaq mümkün olmayıb.

İstintaq çərçivəsində 3 gündür saxlanılan valideynlər və hadisə ilə əlaqəsinin olduğu ehtimal edilən 8 nəfər prokurorluğa göndərilib.

Büşranın valideynləri qətl ittihamı ilə həbs edilib.

Bundan əlavə bir nəfər məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılarkən, 6 nəfərin prokurorluqdakı istintaqı davam edir.

Xatırladaq ki, Sivasın Divriği rayonunun kənd ərazisində maldarlıqla məşğul olan qadın 5 gün əvvəl jandarma zəng edərək 11 aylıq körpələri Büşranın itkin düşdüyü barədə məlumat verib.

Məlumat əsasında Fəlakət və Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) və jandarm qrupları kənd ərazisində axtarış işlərinə başlayıb. Ailə ilk olaraq körpənin vəhşi heyvanların qurbanı ola bilmə versiyasını irəli sürüb. Ziddiyyətli açıqlamalardan sonra ifadəsi alınan ana körpənin pul müqabilində atası tərəfindən satıldığını iddia edib, daha sonra ifadəsini dəyişərək ərinin övladlarını öldürdüyünü bildirib.

Ananın iddiası əsasında həmin yerdə aparılan bütün axtarış işlərinə baxmayaraq körpənin meyitini tapmaq mümkün olmayıb, araşdırma davam edir.

Report.az