Boğazına oyuncaq qaçan 5 yaşlı uşaq 20 gün sonra öldü

Boğazına oyuncaq qaçan 5 yaşlı uşaq 20 gün sonra öldü backend

Mardin şəhərində boğazına oyuncaq qaçan 5 yaşlı uşaq 20 günlük yaşam mübarizəsindən sonra vəfat edib.

Qaziler.az bildirir ki, Türkiyə KİV-nin yaydığı məlumata görə, hadisə Mardinin Artuklu rayonunun Dara məhəlləsində baş verib. Nəfəs borusuna oyuncaq qaçan 5 yaşlı Mehmet Selim Baran xəstəxanaya çatdırılıb. İlkin tibbi yardımdan sonra vəziyyəti ağır olan azyaşlı İstanbul Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasına təxliyə edilib.

Xəstəxananın reanimasiya şöbəsində müalicə olunan Baran, həkimlərin bütün səylərinə baxmayaraq, 20 gün sonra dünyasını dəyişib.

Mərhumun nəşi otopsiyadan sonra ailəsinə təhvil verilib.

QAZİLER.AZ