Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Bişkekdə ŞƏT sammiti çərçivəsində ayrıca ikitərəfli görüş keçirmək barədə razılığa gəliblər.
Qaziler.az yerli mətbuata istinadən bildirir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Gənclər Festivalında bildirib.
Görüşdə liderlər Yerevanın Aİ-yə qoşulmaq istəklərini və bundan sonrakı bütün məsələləri müzakirə edəcəklər.
Prezident Putin və Baş nazir Paşinyan Bişkekdə görüşüblər. Nazir bildirib ki, onlar xüsusi, ayrıca ikitərəfli görüş keçirmək və bütün bunları açıq şəkildə müzakirə etmək barədə razılığa gəliblər.
QAZİLER.AZ

