Türkiyənin Adana şəhərində silahlı hücum: 8 uşaq atası öldürüldü

Türkiyənin Adana şəhərində silahlı hücum: 8 uşaq atası öldürüldü backend

Adanada güllələnən səkkiz uşaq atası olan bir kişi aparıldığı xəstəxanada dünyasını dəyişib.

Qaziler.az yerli mətbuata istinadən bildirir ki, polis qrupları hücumu həyata keçirən şəxs və ya şəxslərin tutulması üçün araşdırma başlatdı.

Yaşar Akman gecə saatlarında Adananın Seyhan rayonunun Dağlıoğlu məhəlləsində naməlum şəxs(lər)in atışma hücumu zamanı ağır güllə yarası alıb.

Şəxslərin məlumatından sonra hadisə yerinə tibb və polis qrupları göndərilib. Hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra Akman təcili yardımla xəstəxanaya aparılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

QAZİLER.AZ