Ukrayna hərbçiləri “Stuqna-P” kompleksini Rusiya PUA-larına qarşı uyğunlaşdırıb
Ukraynanın 1021-ci zenit-artilleriya alayı tank əleyhinə idarə olunan “Stuqna-P” raket kompleksini Rusiya hücum PUA-larına qarşı istifadə etmək üçün uyğunlaşdırıb.
Qaziler.az bildirir ki, bu barədə RBK-Ukrayna 1021-ci zenit-artilleriya alayının yaydığı məlumata istinadən xəbər verir.
“Stuqna-P” hava hücumundan müdafiə vasitəsinə necə çevrilib?
2026-cı il sentyabrın 13-də Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin 1021-ci zenit-artilleriya alayı ilkin olaraq zirehli texnikaya qarşı hazırlanmış “Stuqna-P” tank əleyhinə raket kompleksi ilə düşmən PUA-sının vurulduğunu nümayiş etdirib.
Nümayiş kompleksin istehsalçısı olan “Luç” Konstruktor Bürosunun Polşada keçirilən MSPO-2026 sərgisində 130 millimetr çaplı yeni RK-2PZ zenit raketini təqdim etməsindən cəmi beş gün sonra baş tutub.
QAZİLER.AZ

