Rusiyalı general-mayor Ukraynada ÖLDÜRLÜB

Rusiyalı general-mayor Ukraynada  ÖLDÜRLÜB backend

Rusiya Federasiyasının Qəhrəmanı, Çeçenistan Qəhrəmanı, 4-cü qvardiya motoatıcı briqadasının komandiri, general-mayor Anton Qrunis həlak olub.

Qaziler.az bildirir ki, bu barədə Suvorov hərbi məktəbinin məzunları icması məlumat yayıb.

“Böyük kədər hissi ilə qardaşımızın faciəvi şəkildə həlak olduğunu bildiririk. Kazan Suvorov Hərbi Məktəbinin məzunu, KPK-48 buraxılışının nümayəndəsi Anton həlak olub”, – deyə məlumatda qeyd olunub.

Qrunisin ölümü ilə bağlı Rusiya generalı, “Ahmat” xüsusi təyinatlı qüvvələrinin komandiri Apti Alaudinov da açıqlama verib. O, Qrunisi Rusiyanın Ukraynada apardığı “xüsusi hərbi əməliyyat”ın ən hörmətli generallarından biri adlandırıb.

"Xüsusi Təyinatlı Qüvvələrin ən hörmətli generallarından biri, prinsipləri sarsılmaz olan bir insan, əsl kişi, əsl zabit və vətəninin böyük vətənpərvəri", .-Axmat Xüsusi Təyinatlı Qüvvələrinin komandiri Apti Alaudinov yazıb.

Alaudinov əlavə etdi ki, Qrunis "müqəddəs vəzifəsini yerinə yetirən bir qəhrəman kimi dünyasını dəyişdi" və mərhumun ailəsinə və dostlarına başsağlığı verdi.

Alaudinov qeyd edib ki, general hərbi borcunu yerinə yetirərkən həlak olub. 

QAZİLER.AZ