Buryatiyada bir sutkada insanlara təhlükə yaradan 7 ayı vurulub.
Qaziler.az yerli mətbuata istinadən bildirir ki, Rusiyanın Buryatiya Respublikasında ötən sutka ərzində insanlara təhlükə yaradan 7 ayı vurulub.
Bu barədə respublikanın Təbiətdən İstifadəyə Nəzarət Xidməti məlumat yayıb. Bildirilib ki, eyni müddət ərzində yırtıcı heyvanların yaşayış məntəqələrinə daxil olması ilə bağlı Buryatiyanın Təbiət Mühafizəsi Xidmətinə 27 müraciət daxil olub.
“Keçirilən tədbirlər nəticəsində 7 ayının sayı tənzimlənib. Ümumilikdə, bu müddət ərzində 165 ayı tənzimlənib”, – deyə məlumatda qeyd olunub.
Dövlət ov nəzarəti müfəttişləri və ovçular Ulan-Ude şəhərinin ətrafında, eləcə də Bauntovski, Kurumkanski, Biçurski, Kabanski, Barguzinski, Zakamenski, Tarbaqatayski, Pribaykalski, Selenginski, Cidinski, Zaqrayevski və Oka rayonlarında fəaliyyət göstəriblər.
Yerli sakinlərə meşəlik ərazilərə getməkdən çəkinmək tövsiyə olunub.
QAZİLER.AZ

