Rusiya son həftələr ərzində Ukrayna Prezidenti Vladimir Zelenskinin olduğu təyyarəyə iki dəfə hücum edib. Bu addımlar Rusiyanın qorxutma strategiyasının bir hissəsi olub.
Qaziler.az bildirir ki, RBK-Ukraynanın məlumatına görə, Zelenski bunu CBS News telekanalına müsahibəsində bildirib.
Dövlət başçısının sözlərinə görə, hücumlar birbaşa onun prezident təyyarəsinin olduğu yerlə əlaqəli olub.
“Prezident təyyarəm Moldovada idi və məhz buna görə onlar Moldovaya hücum etdilər. Evə qayıdarkən yenidən Kişinyov üzərindən keçdik və onlar eyni şeyi təkrar etdilər”, – deyə Zelenski bildirib.
QAZİLER.AZ

