Elazığ əyalətinin Baskil rayonunda pikapla minik avtomobilinin toqquşması nəticəsində iki nəfər ölüb, dörd nəfər yaralanıb.
Qaziler.az yerli mətbuata istinadən bildirir ki, dövlət qeydiyyat nişanları və sürücülərinin kimliyi hələlik müəyyən edilməyən minik avtomobili ilə yük avtomobili Bilaluşağı kəndi ərazisində toqquşub.
Hadisə ilə bağlı əraziyə 112 Təcili Tibbi Yardım, jandarma, yanğınsöndürmə və AFAD qrupları cəlb olunub.
Qəza nəticəsində 2 nəfər hadisə yerində həyatını itirib, 3-ü ağır olmaqla 4 nəfər yaralanıb.
Yaralılar təcili tibbi yardım avtomobilləri ilə şəhərdəki xəstəxanalara çatdırılıb.
Həlak olanların meyitləri isə hadisə yerində aparılan araşdırmadan sonra ekspertiza üçün Fırat Universiteti Xəstəxanasının morquna aparılıb.
QAZİLER.AZ

