Azad edilmiş ərazi Jitomirdən daha böyükdür. Ukrayna SQ-nin Donetsk vilayətinə hücumunun təfərrüatları

Azad edilmiş ərazi Jitomirdən daha böyükdür. Ukrayna SQ-nin Donetsk vilayətinə hücumunun təfərrüatları backend

Ukraynanın Donetsk vilayətinin azad edilməsi məqsədilə keçirilən “Vivaldi” hərbi əməliyyatı artıq ilk nəticələrini verib. Belə ki, Ukrayna hərbçiləri maskalanmış düşmən qüvvələrini məhv edib və gələcək hücum üçün dayaq məntəqəsi yaradıb.

Qaziler.az u barədə RBK-Ukrayna Ukrayna Silahlı Qüvvələrinin Üçüncü Ordu Korpusunun “Telegram” kanalına istinadən məlumat yayıb.

Donetsk vilayətində əks-hücumla bağlı təfərrüatlar

Hərbçilərin məlumatına görə, aşağıdakı yaşayış məntəqələri işğalçı qüvvələrdən təmizlənib:

  • Novoselovka;

  • Aleksandrovka;

  • Yarovaya;

  • Korovıy Yar ətrafı.

“Ümumilikdə 75 kvadratkilometr ərazi azad edilib. Sredne yaşayış məntəqəsini də azad etdik. Bu isə daha 10 kvadratkilometr ərazi deməkdir. Beləliklə, azad edilən ərazinin ümumi sahəsi Jitomirin ərazisindən böyük, demək olar ki, Çerniqovun ərazisinə bərabərdir”, – deyə hərbçilər bildiriblər.