Türkiyədə avtomobil dərəyə aşdı

Türkiyədə avtomobil dərəyə aşdı backend

Malatyanın Darende rayonunda bir nəqliyyat vasitəsi idarəetməni itirərək çaya düşüb.

Qaziler.az yerli mətbuata istinadən bildirir ki, hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Qəza Darende rayonunun Hisarkale məhəlləsində baş verib.

Məlumata görə, Əli Seydi Şenerin idarə etdiyi 44 DG 097 nömrə nişanlı nəqliyyat vasitəsi idarəetməni itirərək körpüdən çaya düşüb. Sürücü və sərnişin İsmayıl Şener ətrafdakıların köməyi ilə sudan çıxarılaraq Darende Hulusi Əfəndi Dövlət Xəstəxanasına aparılıb. Bütün səylərə baxmayaraq, İsmayıl Şener aldığı xəsarətlərdən dünyasını dəyişib.

QAZİLER.AZ