Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvilinin dəvəti ilə Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan Gürcüstana rəsmi səfərə gəlib.
Qaziler.az "qruziya onlayn"a istinadən bildirir ki, Sulxan Tamazaşvili erməni həmkarını Tbilisi Beynəlxalq Hava Limanında qarşılayıb.
Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan nümayəndə heyəti ilə birlikdə Gürcüstandadır.
Bu məlumatı Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
QAZİLER.AZ

