Moskvanın mərkəzində klubun mühafizəçisi qonağı "nokauta saldı"

Moskvanın mərkəzində klubun mühafizəçisi qonağı "nokauta saldı" backend

Moskvanın mərkəzində gecə klubunun mühafizəçisi müştəri ilə mübahisə edərək onu nokauta salıb.

Qaziler.az bildirir ki, bu barədə sentyabrın 14-də Rusiya KİV-ləri məlumat yayıb.

Dava Arbat küçəsindəki əyləncə məkanlarından birində baş verib. Münaqişə zəminində klubun 22 yaşlı əməkdaşı müştərinin üzərinə hücum çəkərək ona yumruq zərbələri endirib.

Zərbənin təsirindən yerə yıxılan şəxs başını vuraraq huşunu itirib. Davaya müdaxilə etmək istəyən onun dostu da bir neçə zərbə alıb. Qan içində olan zərərçəkmiş baş nahiyəsinin xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən mühafizəçi isə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

QAZİLER.AZ