Tehrandan Ankara bəyanatı: "Bir çox məsələdə ortaq narahatlığımız var"

Tehrandan Ankara bəyanatı: "Bir çox məsələdə ortaq narahatlığımız var" backend

Tehran rəhbərliyi Türkiyə ilə əlaqələrin arzuolunan səviyyədə olduğunu və iki ölkənin bir çox regional məsələdə eyni mövqedən çıxış etdiyini açıqlayıb.

Qaziler.az "turkiyegazetesi"nəİran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranda keçirdiyi həftəlik mətbuat konfransında regional məsələlərə, xüsusilə də rəsmi Ankara ilə ikitərəfli əlaqələrə toxunub.

Sözçü İranın qonşuları ilə problemlər yaşadığına dair iddiaların gərginlik yaratmaq məqsədi daşıdığını bildirərək, Türkiyə ilə münasibətlərin güclü şəkildə davam etdiyini vurğulayıb. ABŞ-nin İranın ticarət tərəfdaşlarına təzyiq göstərməyə çalışdığını deyən Bəqayi, Türkiyə ilə bağlı bu fikirləri ifadə edib:

"İranın qonşuları, xüsusilə də Türkiyə ilə əlaqələri arzuolunan səviyyədədir və hər bir sahədə xüsusi xarakter daşıyır. Bir çox məsələdə, xüsusilə də İsrail rejiminin hökmranlıq cəhdləri barədə ortaq narahatlıq və baxış bucağımız var. Diplomatiya aparatımız ABŞ-nin məqsədlərinə çatmasının qarşısını almaq üçün fəal çalışır".

Bəqayi öz çıxışında İsrail mövzusunu xüsusi vurğulayaraq, həm Türkiyənin, həm də İranın Təl-Əvivin regiondakı siyasətinə qarşı eyni narahatlığı bölüşdüklərini qeyd edib.

QAZİLER.AZ